Mühasibatlıq və İnsan Resursları sahələrində uğurlu karyera qurmaq üçün geniş təlimat və praktiki istiqamətlər
Mühasibatlıq sadəcə rəqəmlərlə işləmək deyil-bu, biznesin "daxili dili"dir. Biznesdə baş verən maliyyə əhəmiyyətli əməliyyatların icrası, faktlaşdırılması, təsnifləşdirilməsi və qərarvermə üçün istifadə olunmasıdır. Başqa sözlə, yaxşı mühasib olmaq müəssisənin maliyyə sağlamlığına nəzarət etmək, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək və strateji qərarların qəbuluna dəstək olmaq deməkdir. Yeni başlayan bir mühasib kimi sizdən gözləntilər çox ola bilər, amma doğru addımlar sizi sürətlə inkişaf etdirə bilər.
Aşağıda bu yolda sizə kömək edəcək əsas karyera məsləhətləri yer alır:
Yeni başlayan mühasiblər üçün aşağıdakı nəzəri biliklər vacibdir:
Azərbaycan reallığında bir çox müəssisədə 1C proqramı istifadə olunur. Bu səbəbdən:
Logo, SAP və ya Excel əsasında aparılan mühasibatlıq proseslərinə də bələd olmaq sizi rəqabətli edər.
Yeni başlayan mühasibin ən çox çətinlik çəkdiyi sahələrdən biri də vergi uçotu və bəyannamələridir.
Öyrənilməli əsas məqamlar:
Mühasib sadəcə rəqəmləri qeyd edən deyil, onları analiz edib təqdim edə bilən şəxs olmalıdır.
Müasir mühasibin bacarmalı olduğu əsas maliyyə bilik və bacarılları:
Excel və ya Power BI kimi vasitələrdən istifadə edərək bu analizləri vizuallaşdırmağı öyrənin.
Mühasibin işi yalnız rəqəmlərlə yox, sənədlərlə də sıx əlaqəlidir. İstənilən əməliyyatın arxasında rəsmi sənəd durmalıdır.
Öyrənməli olduğunuz sənədlər:
Fayl strukturu qurun, sənədləri düzgün adlandırın və saxlayın – bu sizin etibarlılığınızı artırar. Elə edin ki, sənədlər sizinlə danışsın.
Mühasibin etik baxımdan aşağıdakı dəyərlərə malik olmalı, özündə inkişaf etdirməlidir.
Mühasib məlumatla işləyən etibarlı şəxs olmalıdır. Bu etibar peşə davranışı ilə formalaşır:
Peşəkar mühasib olmaq üçün daim öyrənmək şərtdir. Texnologiya, qanunvericilik və biznes prosesi dəyişdikcə sizin də bilikləriniz təzələnməlidir.
Özünüzə illik inkişaf planı qurun:
Kadr kargüzarı və əmək haqqının hesablanması-hər bir təşkilatın arxa planda dayanan, lakin çox vacib olan sahələridir. Bu sahələrdə çalışan mütəxəssislər əməkdaşların sənədləşməsi, maaşların düzgün hesablanması və əmək qanunvericiliyinə uyğunluq kimi kritik funksiyaları yerinə yetirirlər.
Əgər siz bu sahədə yenisinizsə, aşağıdakı məsləhətlər sizə özünüzü inkişaf etdirmək və peşəkar karyera qurmaqda yardımçı olacaq.
Kadr işinin əsasını Əmək Məcəlləsi təşkil edir. Ona görə də ilk növbədə aşağıdakı sahələri yaxşı öyrənməlisiniz:
Əmək Məcəlləsinin son versiyasını çap edib istifadəçi qeydləri ilə oxuyun. Hər maddənin yanında praktiki nümunələr yazın.
Yeni başlayan kadr kargüzarlarının bilməli olduğu əsas praktiki bacarıqlardan biri də ƏMAS sistemi üzərindən əmək müqavilələrinin göndərilməsi və izlənməsidir.
Öyrənməli olduğunuz sistemlər:
Real və ya demo mühitdə müqavilə bildirişi yaratmaq məşqləri edin.
Əmək haqqı sahəsi yalnız "maaşın hesabatı" deyil. Bu, əmək, vergi və sosial qanunvericiliyin kəsişdiyi mürəkkəb bir sahədir.
Öyrənilməli əsas mövzular:
Excel proqramında əmək haqqı hesablama cədvəli yaratmaqla təcrübə toplayın.
Kadr işi-sənədləşmə işidir. Sizin yaratdığınız hər sənəd potensial hüquqi sənəd sayılır. Odur ki:
Əsas sənədlər:
Sənədləri fiziki və elektron formada arxivləmək üçün sistemli metodlar qurun.
İnsan resursları mütəxəssisi- həm əməkdaşların, həm də rəhbərliyin etibar etdiyi bir fiqurdur. Buna görə sizdən:
tələb olunur.
HR olaraq sizin sözünüz təkcə kadr əmrinə yox, insan psixologiyasına da təsir edir. Bu məsuliyyəti anlayın.
Yeni başlayan biri üçün həm nəzəri, həm də praktiki bilikləri birləşdirmək vacibdir. Aşağıdakı mövzularda təlimlərdə iştirak etməyiniz tövsiyə olunur:
Peşəkar olmaq istəyirsinizsə, HR üzrə beynəlxalq sertifikatlara da (SHRM, CIPD və s.) maraq göstərə bilərsiniz.
Yaxşı HR mütəxəssisi əməkdaşlarla bağlı tam, dəqiq və yenilənmiş informasiya bazasına sahib olmalıdır:
Bunları ya Excel ilə, ya da HRM proqramları ilə idarə etmək üçün struktur qurmağı öyrənin.
Qısası əmək haqqı və kadr sahəsi hüquqi, texniki və insani biliklərin bir araya gəldiyi unikal bir sahədir. Əgər:
onda bu sahədə uzaqgörən bir HR mütəxəssisi kimi inkişaf edə bilərsiniz.